Aşqabadın Bakı ümidləri: Transxəzər kəməri - Moskva razı olacaqmı?
Bizi izləyin

Nida.az

Aşqabadın Bakı ümidləri: Transxəzər kəməri - Moskva razı olacaqmı?

Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusunun müәyyәnlәşdirilmәsi ilə bağlı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası başlayıb.


İclasın məqsədi Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqlar aparılması və bu il Astanada baş tutacaq sammitin gündəliyinin və tarixinin müəyyənləşdirilməsidir.


İclasda Azərbaycandan xarici işlər nazirinin müavini Xələf Xələfov, onun iranlı həmkarı İbrahim Rəhimpur, Qazaxıstan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova iştirak edir.


Publika.az xəbər verir ki, Bakıda keçirilən iclasda həmçinin Türkmənistan qazının Cənub Qaz Dəhlizinə qoşacaq Transxəzər boru kəmərinin tikintisi məsələsi də müzakirə olunacaq.

Bu haqda informasiyanı Rusiyanın “Vestik Kavkaz” saytı yayıb. Sayt qeyd edir ki, Avropa Birliyi qaz təchizatında Rusiyanın təsirlərini azaltmaq üçün əsas alternativ olaraq gördüyü Bakı qazına türkmən qazını qoşmaq üçün fəaliyyətə başlayıb.

Türkmənistan tərəfi infrastruktur olacağı təqdirdə Avropaya 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər təbii qaz çatdıra biləcəyini açıqlayıb. Sayt yazır ki, prosesdə Türkiyə də əsas iştirakçıdır və Aşqabadla danışıqlarda iştirak edir.


Rusiya Şərqşünaslıq İnstitutunun əməkdaşlı, politoloq Şöhrət Qədirov Türkmənistanın heç vaxt Avropaya qaz çatdırmaqdan imtina etmədiyini bildirib.


“Hələ 2010-cu ildə Ankarada türkmən qazını çatdıracaq Transxəzəfr boru kəmərinin tikintisi haqda memorandum imzalanmışdı. O vaxt “Nabucco” gündəmdə idi. Layihə arxivə gedəndən sonra bu məsələ də açıq qaldı. Lakin əsas problem Xəzərin statusunun həll olunmasıdır. Rusiya, Qazaxıstan və Azərbaycan əsas məsələlərdə razılaşsa da, Türkmənistan və İran razılıq əldə etməyib. Bununla yanaşı, Aşqabad və Bakı arasında müəyyən narazılıqlar var. Lakin son illər Azərbaycanla Türkmənistan arasındakı əlaqələr xeyli yaxşılaşıb. Buna paralel olaraq uzun müddətli müqavilə imzalansa da, Rusiya Türkmənistandan aldığı 4 milyard kubmetr qazın həcmini azaldıb. Aşqabad Çin bazarına ümid edir. Amma görünür, burada da müəyyən problemlər var. Buna görə də Avropa bazarına çıxış məsələsi aktuallaşıb”, - deyə politoloq qeyd edib.


Lakin politoloq Rusiyasız Transxəzər boru kəmərinin mümkün olacağına inanmır: “Ümid etmək olar ki, Rusiya yumşalsın. Moskva bu layihəyə maneə yaratmasa, Avropa ilə münasibətlərin normallaşması, Türkmənistanla əlaqələrin güclənməsi, Qafqazda daha təhlükəsizlik mühitin formalaşması və hazırki sanksiyaların yumşalması ilə nəticələnə bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm