“Ermənilər Xocalıya görə qanun qarşısında cavab verəcəklər”
Bizi izləyin

Nida.az

“Ermənilər Xocalıya görə qanun qarşısında cavab verəcəklər”

“Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək”.

“Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək”.

Publika.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün İdarədə keçirilən “Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: “Xocalıya Ədalət” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun fikrincə, bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub. Şeyxülislam deyib: “Azərbaycan torpaqları yolunda canlarını qurban verənlər heç vaxt unudulmayacaqlar. Xocalıda dinc əhali şəhid olublar. Ermənilər onlara qarşı vəhşiyana hərəkətlər edib, meyidlərinin üzərindən maşınla keçiblər. O dövrdə Azərbaycanda vəziyyət normal deyil idi. Belə bir vəziyyətdə Xocalı faciəsi törədildi. İndiyədək də Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Bu gün dünyanın bir çox dövlətləri və təşkilatları bu faciəyə münasibət bildirib. Vaxt gələcək ki, ermənilər Xocalı və Azərbaycan xalqına qarşı törədilmiş digər faciələri törətdiklərinə görə qanun qarşısında cavab verəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm