Həmməruzəçilər müxalifətlə görüşü iki dəfə təxirə saldı – səbəb açıqlanmır
Bizi izləyin

Nida.az

Həmməruzəçilər müxalifətlə görüşü iki dəfə təxirə saldı – səbəb açıqlanmır

Azərbaycanda səfərdə olan Avropa Şurası parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski müxalifətlə görüşməyib.


Publika.az-ın əldə etdiyi məlumata görə, həmməruzəçilərin parlamentdə təmsil olunmayan siyasi partiyalarla görüşü nəzərdə tutulsa da, səbəb göstərilmədən təxirə salınıb.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a açıqlamasında faktı təsdiqləyib.

“Martın 2-nə saat 12:00-a görüş təyin olundu. Lakin sonradan bizə bildirildi ki, görüş təxirə salınıb. Daha sonra dünən 18:30-a görüş təyin olunmuşdu. İkinci görüşdən də səbəb göstərilmədən imtina olundu. Görüşün keçirilib-keçirilməyəcəyi bəlli deyil”, - deyə o bildirib.


Publika.az məsələ ilə bağlı Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəlikdən məsələ haqda danışmaq istəmədikləri bildirilib.


“Hazırda rəhbərlik yoxdur. Buna görə də heç bir şərh verə bilmərik”, - deyə nümayəndəlik iki görüşün təxirə salınmasının səbəblərini açıqlamaqdan imtina edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm