Nida.az
Azərbaycan Prezidentinin və Bolqarıstan Baş nazirinin mətbuat konfransı olub
Xüsusi müxbirimiz xəbər verir ki, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.
Publika.az-ın məlumatına görə, baş nazir Boyko Borisov Prezident
İlham Əliyevi bir daha salamladı və sözü dövlətimizin başçısına
verdi.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən
Prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu
əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söylədi.
Prezident İlham Əliyev qeyd etdi ki, Bolqarıstan ilə Azərbaycan
arasında siyasi əlaqələr güclüdür və bu əlaqələrin gözəl
perspektivləri var. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur. Bolqar şirkətlərinin
Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür.
Dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə
toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm
əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bolqarıstanda keçirdiyi
görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji
layihələrinin əsas mövzu olduğunu vurğulayan Prezident İlham Əliyev
bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışdı. Bildirdi ki,
TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini
formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji
təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da
“Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə
çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi
Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğuladı.
Bolqarıstanı Azərbaycanın yaxın dostu kimi dəyərləndirən Prezident
İlham Əliyev bir daha milli bayram münasibətilə təbriklərini
çatdırdı.
Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu
və dedi ki, belə səfərlər nəzərdə tutulan layihələrin uğurlu
icrasına güclü təkan verir. Baş nazir qeyd etdi ki, Bolqarıstanda
siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər
zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu
layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü
təkan verəcək.
Bolqarıstanın Baş naziri də Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin önəmindən danışdı. O, ölkələrimiz arasında inşaat,
əczaçılıq, səhiyyə, kənd təsərrüfatı, idman və digər sahələrdə
əməkdaşlığın geniş perspektivləri olduğunu vurğuladı.
Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov
jurnalistlərin suallarını cavablandırdılar.
X X X
Daha sonra Baş nazir Boyko Borisovun adından nahar verildi.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik