" Çoxsaylı millətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü dünyəvi müsəlman ölkəsi”
Bizi izləyin

Nida.az

" Çoxsaylı millətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü dünyəvi müsəlman ölkəsi”

axtaşırı Azərbaycan kimi müxtəlif perspektivlərə malik və ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin nümunələri ilə rastlaşırsan. Trend-in məlumatına görə, bu barədə müxtəlif ölkələrin hökumətləri ilə işləyən məsləhət firmasının rəhb

Vaxtaşırı Azərbaycan kimi müxtəlif perspektivlərə malik və ABŞ-ın fəaliyyətinə davranış modeli kimi baxa biləcəyi ölkələrin nümunələri ilə rastlaşırsan. Trend-in məlumatına görə, bu barədə müxtəlif ölkələrin hökumətləri ilə işləyən məsləhət firmasının rəhbəri Cozef Katsın ABŞ-ın nüfuzlu "Hill" qəzetində dərc etdiyi məqalədə deyilir.

Kats yazır: "ABŞ-ın ölkənin real müttəfiqi olmağa hazır olan xalqlarla sıx əlaqələri inkişaf etdirməyə başladığı son bir neçə il ərzində Amerika ictimaiyyəti Azərbaycan Respublikası haqqında kifayət qədər çox şey öyrənib".

Müəllif yazır ki, Azərbaycan SSRİ-nin süqutundan sonra yenidən müstəqillik qazandı və həmin vaxtdan ölkə demokratiya quruculuğu yolu ilə gedir.

Katsın sözlərinə görə, Azərbaycan çoxsaylı millətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü dünyəvi müsəlman ölkəsidir.Müəllifin yazdığı kimi, bu ölkədə sərbəst fəaliyyət göstərə bilən çoxlu kilsələr, sinaqoqlar, dini icmalar mövcuddur.Məqalə müəllifinin fikrincə, millət dostları ağılla seçməli və onlara sadiq olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm