Nida.az
Sekuta: Təmas xəttində gərginliyin artması ABŞ-ı narahat edir
"Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”. Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını
bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması
üçün səylər göstərilir.
Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin
iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək
olduğunu deyib.
Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım etmək
məqsədi ilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115
milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik
sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53
milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə
mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.
Səfirə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və
disk təqdim edilib.
Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760
məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə
tanış olub, məcburi köçkünlərlə görüşüb.
Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə
maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək
səviyyədə təhsil almaq üçün hər cür imkan var.
Sonra diplomat tədris prosesi və Zəngilan rayonunun ərazidəki
Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin
xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə
tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq
bağçasında olub, burada balacaların rəqsinə baxıb.
Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də
maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin
evinə baş çəkən diplomat ailənin üzvləri ilə söhbət edib.
Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: “Bu gün
müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi
köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas
məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək,
Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə
əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin
rifah halının yaxşılaşdırılmasıdır”.
Bu istiqamətdə fəaliyyətin genişləndirilməli olduğunu vurğulayan
R.Sekuta qeyd edib ki, keçmişdə görülən işlərə, indiki vəziyyətə
nəzər salmalı və gələcəklə bağlı planlar qurmalıyıq. İki ölkənin
birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən,
tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ
münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq,
digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini
artıracaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO