Fəttah Heydərovdan dünya birliyinə ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

Fəttah Heydərovdan dünya birliyinə ÇAĞIRIŞ

Beləliklə, ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanın müstəqilliyinə qarşı yaranmış təhlükə aradan qalxdı

“Xocalı faciəsi dünyanın ən dəhşətli faciəsidir. Dünya birliyi bu faciəyə ədalətli qiymət verməlidir”.

Publika.Az-ın məlumatına görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən “Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: “Xocalıya Ədalət” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqına daxil olan 15 ölkə arasında müstəqillik qazandığına görə ən böyük faciəni Azərbaycan dövləti yaşayıb. F.Heydərov deyib ki, Azərbaycan müstəqilliyini qazanmasına baxmayaraq həm də torpaqların 20 faizini itirib: “Erməni işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşüblər. Bu gün həmin insanlar qaçın halında yaşayırlar. O dövrdə ermənilər azərbaycanlılara qarşı bir çox cinayətlər, o cümlədən Xocalı faciəsini törədiblər. Eyni zamanda bu gün erməni işğalı hələ də davam edir. Ədalət bərpa olunmayıb. Beynəlxalq birlik buna qiymət verməlidir, işğala son qoyulmalıdır”.

Deputat qeyd edib ki, o dövrdə Azərbaycanda baş verən hərc-mərclik və siyasi özbaşnalıq torpaqlarımızın işğalına səbəb olan əsas amillərdəndir: “O dövrdə Azərbaycan müstəqillik qazansa da, ancaq dövlət başsız idi, hakimiyyətdə olanlar arasında ölkəni ağılla idarə edən, xalqı zülmdən çıxarmağı bacaran şəxs yox idi. Ancaq ulu öndər Heydər Əliyev o dövrdə xalqın tələbi ilə hakimiyyətə gəlib qısa müddətdə erməni işğalını dayandıra bildi. Beləliklə, ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanın müstəqilliyinə qarşı yaranmış təhlükə aradan qalxdı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm