Nida.az
Aşqabadda TANAP və Transxəzər sammiti keçiriləcək
Bu il Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP layihəsinin irəliləyişi və Transxəzər boru kəmərinin tikintisi məsələləri üzrə sammit keçiriləcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir
ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü zamanı
birgə imzaladığı bəyannamədə deyilir.
“Üç ölkənin liderləri konsultasiyanın səviyyəsini qaldırmağa və
birinci iclası Türkmənistanda keçirməyə qərar verib”, - deyə R. T.
Ərdoğan türkmən lideri ilə keçirdiyi brifinqdə bildirib.
Türkmənistan prezidentinin mətbuat xidmətinin yaydığı rəsmi
məlumatda isə “energetika sahəsində əməkdaşlığın yeni
perspektivləri strateji əhəmiyyətə malikdir” deyə vurğulanır.
R. T. Ərdoğan Türkmənistan prezidenti ilə danışıqların nəticələrinə
toxunaraq bildirib ki, türkmən qazının Türkiyəyə nəql olunması və
oradan Avropaya çıxarılması istiqamətində fikir mübadiləsi
aparılıb. Onun sözlərinə görə, hazırda energetika nazirləri bu
əməkdaşlığın detallarını müzakirə edirlər.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!