Nida.az
“Ədalətsizliyə qarşı savaş” - İsrail dövləti Xocalı soyqırımını tanıyır
“Bu dünya ədalət və haqqın olduğu yer
deyil”.
Vaxtilə Heydər Əliyevin söylədiyi bu sözlər dünya nizamını
xarakterizə edən canlı foto idi. Lakin bu sözlərin müəllifi sona
qədər haqsızlıq və ədalətsizliklə mübarizə apardı. Onun mübarizəsi
bu gün də davam edir və illər keçdikcə haqlının haqsızlara qarşı
mübarizəsi qalib gəlir.
Ədalətin olmadığı dünyada haqlı
mübarizə
Təxminən 15 il öncə Avropanın hansısa dövlətində Ermənistanın
Azərbaycana qarşı işğal siyasəti yürütdüyünü, Xocalıda XX əsrin
sonuncu ən böyük soyqırımının törədildiyini deyəndə inanmırdılar.
Erməni yalanı ayaq tutub yeriyirdi. Amma bu gün mənzərə dəyişib və
ədalətin olmadığı bu dünyanın gözləri açılır.
“Xocalıya Ədalət!” 2008-ci ildə Heydər Əliyevin adını daşıyan
Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya
çapında bir kampaniya başladı. “Xocalıya Ədalət!” kampaniyası
Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi
qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq
təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırımı aktı kimi
tanıması üçün mühüm əhəmiyyətə malikdir. Kampaniyanın nəticəsi qısa
zamanda özünü göstərdi və bu gün artıq dünyanın bir çox ölkəsi,
beynəlxalq təşkilatlar və ştatlar səviyyəsində Xocalı soyqırımı
olaraq tanınır.
Kimlər həqiqəti öz adı ilə çağırır?
2012-ci ilin 2 fevral tarixində Meksika Senatının qəbul etdiyi
qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın
25-26-da baş vermiş faciə soyqırımı adlandırılıb.
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.
2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Həmin il İslam Əməkdaşlıq Təşkilatı Xocalını soyqırımı olaraq qəbul edib.
2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı
soyqırımını rəsmən tanıyıb. Həmin ilin 26 fevral tarixində Bosniya
və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən
tanıyıb.
2013-cü ildə Peru, 2014-cü ildə Hondarus respublikası Xocalını rəsmən soyqırımı olaraq qəbul edib.
ABŞ Xocalı ilə bağlı ümumi olaraq mövqeyini qətiləşdirməsə də, onun 10-dan artıq ştatı soyqırım ilə bağlı qərar, qətnamə qəbul edib. Belə ki, 2010-cu ildə ABŞ-ın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. 2011-ci ildə Texas və Nyu-Cersi ştatları Xocalı soyqırımını rəsmən tanıyıb. 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı, 23 mart tarixində isə Men ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko, 8 fevral tarixində Arkanzas ştatı, 25 fevral tarixində isə Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ilin 4 martında Oklahoma ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.
Həmin ilin 18 martında Tennessi, eləcə də Pensilvaniya ştatı
Xocalı soyqırımını rəsmən tanıyıb. Aprelin 3-də isə West Virginia
və Connecticut ştatı eyni addımı atıb. 2013-cü ilin 21 avqustunda
Florida ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb.
Soyqırımın 23-cü ildönümündə Pensilvaniya ştatının Nümayəndələr
Palatası xüsusi qətnamə qəbul edib. Bununla yanaşı, ABŞ-ın Arizona
Ştat Senatı 2015-ci ilin fevralın 25-də Xocalı soyqırımının
tanınmasına dair qətnamə qəbul edib.
İsrail dövləti Xocalı soyqırımını
tanıyır
“Xocalıya Ədalət!” kampaniyası nəticəsində artıq İsrailin yüksək
rəsmiləri Xocalıda baş verənləri soyqırım aktı kimi
qiymətləndirir.
İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin Xolokost
qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə
çıxışı zamanı bu haqda deyib: “Bu gün biz özümüzə sual verməliyik:
bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi
səmərəlidirmi? Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli
oldumu? Bu, Xocalıda insanların faciəvi ölümün qarşısını
alınmasında nəticə verdimi? Biz taliblərin əfqanları qətlə
yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Sutirada
səmərəlidirmi? Bəs Nigeriyada?”
Fevralın 26-da İsrailin Akko şəhərində “Xocalıya Ədalət!”
kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən
İsrailin xarici işlər naziri Aviqdor Liberman isə soyqırımılar
haqda danışarkən İsrail və Azərbaycan təcrübələrini nümunə
göstərib.
“Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz,
lakin təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə
çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini
birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol
verilməsin”, - deyə o qeyd edib.
İsrail parlamenti – Knessetdə Xocalı qətliamını soyqırım aktı
kimi tanıyan sənəd qəbul olunmasa da, bu ölkənin birinci şəxsi və
digər yüksək səviyyəli rəsmilərinin həqiqəti öz adı ilə çağırması
diqqət çəkir. Bu, İsrail dövlətinin Xocalı qətliamını soyqırım
olaraq tanıdığı deməkdir.
“Ermənistanın indiki rəhbərliyinin Xocalıda törətdiyi
qəddarlıq XX əsrin ən qorxunc faciələrindəndir”
Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut
Publika.az-a açıqlamasında Ermənistanın indiki
rəhbərliyinin Xocalıda törətdiyi qəddarlığın XX əsrin ən qorxunc
faciələrindən biri olduğunu deyib: “Erməni silahlı birləşmələrinin
Xocalıda heç kimə rəhm etmədiyi tarixi faktdır. Erməni vəhşilikləri
nəticəsində Xocalıda 613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst
edildi, qoca, uşaq və qadınlar da olmaqla 1275 nəfər əsir alındı,
inanılmaz qəddarlıqlara, işgəncələrə məruz qaldı. Ermənistan
dövləti təcavüzkardır və bu gün Dağlıq Qarabağ, eləcə də ətraf 7
rayon olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Erməni
işğalı və etnik təmizləmələri nəticəsində bu gün Azərbaycanda 1
milyon qaçqın və məcburi köçkün var. Ermənistan münaqişəli vəziyyət
və Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqaz regionunda dünya
təhlükəsizliyinə təhdiddir”.
“Ermənistan işğalı ilə bağlı İsrail hər zaman
Azərbaycanın yanındadır”
A. Qut İsrail prezidentinin Xocalı soyqırımına yanaşmasını da
şərh edib.
“Yarım il öncə seçilmiş İsrail prezidenti Reuven Rivlin “erməni
soyqırımı”nın rəsmən tanınması ilə bağlı Ermənistanın çağırışına
yox dedi. Rivlin “soyqırımı” tanımağa səsləyən petisiyanı
imzalamamaq qərarına gəlib. İsrail prezidentinin administrasiya
rəsmisi Rivlinin petisiyanı imzalamadığını təsdiqləyib. Eyni
zamanda, İsrail XİN-in rəsmiləri prezidentin bu mövqeyini
alqışlayıblar. Onu qeyd etmək istərdim ki, üç il öncə Rivlin
Knesset spikeri olaraq bu məsələnin parlament tərəfindən qəbul
etməsini dəstəkləyib. Rivlinin mövqeyini dəyişməsi petisiyaya məsul
şəxsləri təəccübləndirib. Düşünürəm ki, Prezident Rivlin spiker
Rivlindən strateji düşüncə tərzi ilə fərqlənir. Prezident Rivlin
İsraillə Türkiyə münasibətlərinin daha da pisləşməsindən çox
narahatdır. Eyni zamanda, burada Azərbaycan faktorunu da unutmaq
olmaz. 22 il ərzində İsraillə Azərbaycan arasında çox ciddi
strateji tərəfdaşlıq formalaşıb. Bu gün İsrailin iri şirkətlərinin
böyük əksəriyyəti Azərbaycanda yüksək texnologiyalar,
telekommunikasiya, neft-qaz sahəsi, tibb, kənd təsərrüfatı kimi
müxtəlif sahələrdə fəaliyyət göstərir. Ölkələr arasında mal
dövriyyəsi təqribən 3,5 milyard dollara çatır. Təkcə son illər
ərzində Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki ən
müasir sinaqoq inşa edib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil
mərkəzi yaradıb. Bu bir daha Azərbaycan dövləti və rəhbərliyinin
yəhudi xalqına və İsrail dövlətinə olan rəğbətini göstərir”, - deyə
o bildirib.
Ekspert Ermənistanın işğalı ilə bağlı İsrailin hər zaman
Azərbaycanın yanında olduğunu vurğulayıb: “İsrailin siyasi elitası,
o cümlədən İsrailin 9-cu prezidenti Şimon Peres, İsrailin baş
naziri Binyamin Netanyahu və XİN rəhbəri Aviqdor Liberman hər zaman
Azərbaycanın ərazi bütövlüyünə dəstək veriblər”.
Asif Nərimanlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO