Növbəti iclas Tehranda olacaq
Bizi izləyin

Nida.az

Növbəti iclas Tehranda olacaq

Xəzərin hüquqi statusu ilə bağlı xüsusi İşçi Qrupunun növbəti iclası Tehranda keçiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupunun 39-cu iclasının yekunu ilə bağlı qəbul olunmuş kommunikedə deyilir.

Yaxın 1-2 ay ərzində keçirilməsi nəzərdə tutulan iclasın tarixi isə diplomatik yollarla dəqiqləşdiriləcək.

Kommunikedə qeyd olunur ki, iclasda daha öncə qəbul olunmuş razılaşmalara əsasən, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsi üzrə iclasda tematik müzakirələr aparılıb:

“Tərəflər danışıqlar prosesinin intensivləşməsinin vacibliyini qeyd edib, hərtərəfli fikir mübadiləsi aparıblar və Konvensiyanın bəzi maddələri ilə bağlı yeni təkliflər, kompromisli formullar təklif ediblər”.

Xatırladaq ki, martın 4-5-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupunun 39-cu iclası keçirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm