“Casus siyahısı”na aydınlıq gətirildi - Bəyanat
Bizi izləyin

Nida.az

“Casus siyahısı”na aydınlıq gətirildi - Bəyanat

ABŞ Konqresinin nümayəndə heyəti, səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər.

ABŞ-ın Azərbaycandakı səfirliyi “casus siyahısı” ilə bağlı bəyanat yayıb.Səfirlikdən Publika.Az –a daxil olan bəyənatda Senat əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etməsi haqqında deyilənlər cəfəngiyat adlandırılıb.

“ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədi ilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. ABŞ Konqresinin nümayəndə heyəti, səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Səfərlərin məqsədi ABŞ-ın qanunverici orqanını Azərbaycana və regiona aid daha ətraflı məlumatlandırmaqdır”-deyə səfirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, səfirlikdən Publika.Az –a dünən verilən açıqlamada (http://publika.az/p/6492 ) bildirilmişdi ki, Senat əməkdaşlarının səfəri işgüzar səfərdir və məqsəd Azərbaycanla bağlı ABŞ Konqresinə məlumat verməkdir. Açıqlamada əməkdaşların Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyü bildirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm