Dağ Yəhudiləri dini icmasının rəhbəri: “Bizi heç kim sındıra bilməyib, sındıra da bilməz"
Bizi izləyin

Nida.az

Dağ Yəhudiləri dini icmasının rəhbəri: “Bizi heç kim sındıra bilməyib, sındıra da bilməz"

"Məsəl var ki, əgər sülh istəyirsənsə, müharibəyə hazır ol. Azərbaycan iqtisadiyyatı bu gün elə səviyyədədir ki, ölkə hər cür imkanlardan istifadə edib işğal olunmuş torpaqları azad etmək iqtidarındadır. Prezident İlham Əliyevin də siyasəti məhz buna və xalq arxalanır. Xalqa arxalanan siyasət isə məğlub ola bilməz". Trend xəbər verir ki, bunu Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

M.Yevdayev qeyd edib ki, Azərbaycan xalqının özünün Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək iradəsini heç kim qıra bilməz: "Biz həmişə bir yerdə olmuşuq, indi də bir yerdəyik. Xocalıda axıdılan nahaq qanları yerdə qoymayacağıq. Biz Qarabağın, bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını istəyirik. Bizi heç kim sındıra bilməyib, sındıra da bilməz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm