“Gənclərin xaricdə dini təhsil almaları qanunla qadağan olunmalıdır”- millət vəkilindən təklif
Bizi izləyin

Nida.az

“Gənclərin xaricdə dini təhsil almaları qanunla qadağan olunmalıdır”- millət vəkilindən təklif

“Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”.


Publika.az-ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.


Deputat təklif edib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir: “İslam Universitetinin müəllimləri dini təhsil baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Bu, qanunla qadağan olunmalıdır. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi təərəfindən antiterror əməliyyatı keçirdi və həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil almış gənclərdir. Onlar ölkədə çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm