"Xədicə İsmayılova istənilən xüsusi xidmət orqanı ilə əməkdaşlığa hazırdır" - İTTİHAM
Bizi izləyin

Nida.az

"Xədicə İsmayılova istənilən xüsusi xidmət orqanı ilə əməkdaşlığa hazırdır" - İTTİHAM

O, həmin illərdən indiyə qədər birbaşa Əli Kərimlinin təsirində olan adamdır və Əli Kərimlinin gizli "Yurd" təşkilatının üzvüdür. Hətta mən bildiyimə görə, Xədicə İsmayılovanın Əli Kərimli ilə qohumluq əlaqələri də var .

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini hesab edir ki, jurnalist Xədicə İsmayılovanın hazırladığı hakimiyyətə çalışan siyasətçilərin və ictimai fəalların siyahısı AXCP sədri Əli Kərimlinin siyası maraqlarını təmin etməyə yönəlib.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Trend-ə bildirib ki, Xədicə İsmayılova daim Əli Kərimlinin təsirində olan və onun siyasi maraqlarından çıxış edən jurnalist olub və bu gün də onun təsirindədir: "Xədicə İsmayılovanı uzun illərdir tanıyıram, hətta 1997-98 ci illərdə mən AXCP gənclər komitəsində şöbə müdiri vəzifəsi daşıyanda, Xədicə İsmayılova ilə eyni qəzetdə işləyirdik. O, həmin illərdən indiyə qədər birbaşa Əli Kərimlinin təsirində olan adamdır və Əli Kərimlinin gizli "Yurd" təşkilatının üzvüdür. Hətta mən bildiyimə görə, Xədicə İsmayılovanın Əli Kərimli ilə qohumluq əlaqələri də var".

N.Orduxanlı əlavə edib ki, Xədicə İsmayılova öz mənəvi və siyasi lideri Əli Kərimlinin siyasi maraqlarını təmin etmək üçün istənilən siyasi gediş etməyə, istənilən xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyə hazır olan birisidir: "Bu baxımdan Xədicə İsmayılovanın özünün yerli və xarici xüsusi xidmət orqanlarına işləməsi də istisna deyil. Xədicə İsmayılova Əli Kərimlinin önə çıxması üçün, onun ölkədə yeganə müxalifət lideri imicini formalaşdırmaq üçün İsa Qəmbəri də, digərlərini də ayaqlar altına atmağa qadir olan bir insandır. Yəni, Xədicə İsmayılova bunun üçün istənilən siyahını da verə bilər. Bu baxımdan birmənalı olaraq hesab edirəm ki, Xədicə İsmayılovanın təqdim etdiyi siyahının təşəbbüskarı Əli Kərimlidir".

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm