Anjey Kaspşik təmas xəttindəki monitorinqlərdən danışdı
Bizi izləyin

Nida.az

Anjey Kaspşik təmas xəttindəki monitorinqlərdən danışdı

Snayperlərin çıxarılmasına razılaşmaqla tərəflər qarşılıqlı etimadın formalaşmasına yardım edər və bununla da səmərəli danışıqlar üçün əlverişli atmosfer yaradarlar.

1994-cü ilin mayında imzalanan atəşkəs haqqında saziş və tərəflərin siyasi iradəsi sərhəddə və Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti müəyyən edən əsas amildir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik "News.am" saytına müsahibəsində deyib.

O bildirib ki, 1995-ci ilin fevralında ATƏT MQ həmsədrlərinin himayəçiliyi altında atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlmiş prosedurlar işlənib hazırlanıb: "Bundan əlavə, tərəflərin razılığı və dəstəyi ilə mən və həmkarlarım sərhədə və qoşunların təmas xəttinə tez-tez səfərlər edirik. Bu səfərlərdə məqsəd tərəflər arasında etimadın möhkəmləndirilməsinə yardım etməkdir və belə tədbirlər dəfələrlə gərginliyin azalmasına kömək edib".

Onun fikrincə, snayperlərin qoşunların təmas xəttindən çıxarılması ölümlərin sayını azaldar və gərginliyin səviyyəsini xeyli yumşaldar. Snayperlərin çıxarılmasına razılaşmaqla tərəflər qarşılıqlı etimadın formalaşmasına yardım edər və bununla da səmərəli danışıqlar üçün əlverişli atmosfer yaradarlar.

Kaspşik qeyd edib ki, ATƏT missiyasının sərhədə və qoşunların təmas xəttinə baş çəkmələri dünyanın bir çox yerlərində olduğu kimi, atəşkəsə riayət edilməsinin yoxlanılmasının oxşar mexanizmini əvəz edə bilmir: "Buna rəğmən, yerli komandirlər və digər şəxslər iddia etməyə davam edirlər ki, səfərlərimiz cəlb edilmiş tərəflərə qarşılıqlı narahat doğuran məsələləri həll etmək və ehtiyac yaranarsa, gərginlik riskini azaltmaq baxımından qiymətli imkan verir. Belə səfərlər, həmçinin bizə imkan verir ki, ATƏT-in fəaliyyətdə olan sədrini və Minsk qrupunun həmsədrlərini yerlərdə insanların vəziyyətini necə olması barədə məlumatlandıraq".

A.Kaspşik tərəflərin uzunmüddətli siyasi nizamlamaya nail olmasına kömək edəcək tədbirlər görmək üçün tərəflərlə işləməyi özünün borcu hesab edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca ATƏT-in Minsk qrupunun monitorinqi üzrə fəaliyyətə gəlincə, əsas çağırışlar bütün iştirakçıların təhlükəsizliyini təmin etmək, o cümlədən təhlükəsizlik təminatı, eləcə də belə tədbirlərin həyata keçirilməsi üçün zəruri resursların təmin edilməsidir.A.Kaspşik bildirib ki, bu səbəblərə görə, elan etmədən sərhədə və ya təmas xəttinə səfərlər mümkünsüz görünür.

O xatırladıb ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya Prezidentinin dəvəti üzrə görüşdə razılaşdırılmış bəyanatda Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupu və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə hərbi əsirlərin dəyişdirilməsi və və ölənlərin cəsədlərinin qaytarılması barədə razılıq əldə etmişdilər: "Mən cəlb edilmiş bütün tərəflərlə sıx əməkdaşlığa davam edərək hərbi əsirlərin və cəsədlərin, eləcə də saxlanılan mülki şəxslərin qaytarılmasına yardım edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm