Britaniya deputatları Qarabağ separatçıları ilə danışıqlara başlayır - Şok
Bizi izləyin

Nida.az

Britaniya deputatları Qarabağ separatçıları ilə danışıqlara başlayır - Şok

“Biz onlarla yenidən görüşdük. Görüşdə mənim tərəfimdən Dağlıq Qarabağın konfliktdə mütləq tərəf kimi danışıqlara qəbul edilməsinin vacibliyi vurğulandı. Hər iki tərəf qərara aldı ki, növbəti müzakirələr Xankəndi və Londonda keçirilsin”.

Con Uitinqdeylin rəhbərliyi altında Ermənistan-Britaniya dostluq qrupunun üzvləri Xankəndinə səfər edəcəklər.

“Axar.az” xəbər verir ki, bu açıqlama ilə tanınmamış “Dağlıq Qarabağ Respublikası” parlamentinin spikeri Aşot Qulyan çıxış edib.

Spiker tərəflər arasında görüşün “Dağlıq Qarabağ Respublikası”nın Ermənistandakı daimi nümayəndəliyində keçirildiyini bildirib. “Biz onlarla yenidən görüşdük. Görüşdə mənim tərəfimdən Dağlıq Qarabağın konfliktdə mütləq tərəf kimi danışıqlara qəbul edilməsinin vacibliyi vurğulandı. Hər iki tərəf qərara aldı ki, növbəti müzakirələr Xankəndi və Londonda keçirilsin”.

Qeyd edək ki, bir müddət öncə Britaniya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılmışdı. Parlamentdə müzakirələr zamanı Azərbaycanın mövqeyinin yanlış olduğu bildirilmiş, üstəlik, ölkədə xristianlara qarşı münasibətdə dözümsülüyün olduğu söylənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm