Bakı və Moskvanı bağlayan tellər: “İlham Əliyevlə Putin yaxın dostdur”
Bizi izləyin

Nida.az

Bakı və Moskvanı bağlayan tellər: “İlham Əliyevlə Putin yaxın dostdur”

“Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq daha çox praqmatik xarakter daşıyır. Amma vaxtilə bu münasibətlər daha çox emosional bağlarla bağlı idi. Görünür, Bakı və Moskva ağılla düşünüb addımlar atırlar”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında sıx dostluq əlaqələri var: “Şübhəsiz ki, iki güclü dövlətin liderlərini yalnız xalqların tarixi yaxınlığı deyil, həm də gələcəyə hesablanmış geosiyasi əməkdaşlıq birləşdirir. Putin “Azərbaycan Rusiya üçün strateji partnyordur” deyəndə diplomatik sözlər işlətmir. Bu, həqiqətin özüdür”.


V.Arkov Vladimir Putinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova və Milli Məclisin spikeri Oqtay Əsədova “Dostluq” ordeninin verməsini də iki ölkə arasındakı münasibətlərin göstəricisi adlandırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm