KXCP-də sədrə alternativ davası: “Mirmahmud bəyin missiyası bitməyib”
Bizi izləyin

Nida.az

KXCP-də sədrə alternativ davası: “Mirmahmud bəyin missiyası bitməyib”

“KXCP-də hər kəs partiyanı idarə etmək qabiliyyətinə malikdir, lakin hazırda Mirmahmud bəyə alternativ namizəd görmürəm”.


Bunu Publika.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiya daxilində “Demokratik Birlik” fraksiyasının M. Mirəlioğlunun sədrlikdən getməsi haqda sözlərinə münasibət bildirərkən deyib.


Sədr müavini KXCP-nin üçüncü qurultaya hazırlaşdığını bildirib.


“Bu istiqamətdə bütün rayon şöbələrində müşavirələr keçirilir. 50 faizdən artıq rayon şöbələrində konfrans keçirəndən sonra qurultayın gününü təyin edəcəyik. Hələlik qurultaya hazırlıq mərhələsi gedir. KXCP həmişə gənclərə önəm verib və partiya hər zaman gənclərlə işləyib. Partiyada demokratik ab-hava hökm sürür. KXCP-də təşəbbüslər var və onların reallaşması üçün hər bir vasitə var. Düşünürəm ki, hər bir KXCP üzvü partiyanı idarə etməyə layiqdir. Amma KXCP sədri Mirmahmud Mirəlioğlu böyük demokratdır və demokratik islahatları rəğbətlə qarşılayır. Mirmahmud bəy Rəsulzadə - Elçibəy siyasi xəttinin davamçısı olaraq bu cameənin liderlərindən biridir. Hesab edirik ki, sədr dəyişikliyi seçki ilə həll olunmalıdır. Qarabağımız, dövlət, demokratik təmərküzləşmə naminə bu proses bitmədiyindən Mirmahmud Mirəlioğlunun həm partiya sədri, həm də şəxs olaraq missiyası var. O, partiyamıza və millətə siyasət adamı kimi lazımdır”, - deyə o qeyd edib.


X. Teyyublunun sözlərinə görə, M. Mirəlioğlunun KXCP rəhbərliyində dayanması siyasi vəzifə ambisiyasına görə deyil: “Mirmahmud Mirəlioğlu milli dövlətçilik və gələcək üçün hamını bir yerə toparlamaq gücündədir. Yaxın illər üçün KXCP-nin şərəfli missiyasının aparılmasında ona ehtiyac var. Mirmahmud bəy bu aspektləri nəzərə almalıdır. Onun KXCP sədri olaraq hələ görəcəyi çox iş var”.


Sədr müavini “Demokratik Birlik” fraksiyasının üzvü Ədalət Yusibovun və digər partiya üzvlərinin Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunmasına da münasibət bildirib. O, KXCP-də heç bir fraksiyanın olmadığını vurğulayıb: “Partiyamız haqda hər söz deyilə bilər. Amma bu sözlərin heç bir əsası yoxdur. KXCP-nin heç bir üzvü ADR-də təmsil olunmur. Hərəkatın sədri Qubad İbadoğluna uğurlar arzulayırıq. Hərəkatdakı insanlar Azərbaycan üçün nə isə etmək istəyirlər, bu, çox gözəl şeydir. KXCP üzvlərinin ADR-də olması barədə deyilənlər isə yanlışdır. Ola bilsin toplantılarında qonaq qismində iştirak ediblər. Amma KXCP üzvü siyasi mövqeli hərəkatda olmamalıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm