Müsavatda deputatlığa namizəd qalmaqalı - QARŞIDURMA
Bizi izləyin

Nida.az

Müsavatda deputatlığa namizəd qalmaqalı - QARŞIDURMA

Müsavat Partiyasında deputatlığa namizəd məsələsi ilə bağlı qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, qalmaqala səbəb partiyanın Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə Müsavat Məclisinin üzvü, ADR sədrinin birinci müavini Vurğun Əyyubun namizədliyini müdafiə etməsidir.

“Deputatlığa namizədliyimi vermək fikrindəyəm. Suraxanı rayon təşkilatı da bu addımı atarkən mənim mövqeyimi öyrəniblər”, - deyə V. Əyyub bu barədə danışarkən deyib.

Deputatlığa namizədlər arasında ADR İdarə Heyətinin üzvü, Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlinin də adı çəkilir.

E. Məmmədli Publika.az-a açıqlamasında namizədlik məsələsinin MQB-də müzakirə edilmədiyini bildirib.

“Qadınlar arasında kimin namizəd olması məsələsi müzakirə edilməyib. Hələlik bu barədə heç nə deyə bilmərəm. Vurğun Əyyuba gəlincə, Suraxanı təşkilatının bu təşəbbüslə çıxış etdiyini bilirəm. Həmin təşkilatın bütün üzvləri o rayon üzrə namizəd kimi Vurğun bəyi görmək istədiklərini açıqlayıb”, - deyə o qeyd edib.

Müsavat Partiyası rəhbərliyi isə məsələ ilə razılaşmır.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a açıqlamasında Vurğun Əyyubun namizədlər siyahısında adının olmadığını deyib.

G.Aslanlı hazırda 50-yə yaxın şəxsin namizədliyinin irəli sürüldüyünü bildirib: “Yaxın günlərdə həmin siyahı partiya daxilində müzakirəyə çıxarılacaq və təsdiq olunacaq. Prosedura görə, hansısa dairədən namizəd olmaq istəyən şəxs bu haqda partiyaya məlumat verməlidir. Həmin şəxs seçki kampaniyasına azı bir ay qalmış öz istəyini rəsmi şəkildə bildirməlidir. İndiyə qədər əlimizdə olan siyahıda Vurğun Əyyubun adı yoxdur. Əgər o, namizəd olmaq istəyərsə, bu haqda partiya rəhbərliyinə əvvəlcədən məlumat verməlidir. Bu, dəyişməyən qaydadır. Əks təqdirdə, həmin şəxs Müsavatın namizədi hesab olunmur. Eyni zamanda, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülə bilməz”.

V. Əyyub isə mediaya açıqlamasında onun namizədliyini müdafiə edən rayon təşkilatının məsələ ilə bağlı partiyaya müraciət etdiyini bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm