“Qətl buna hesablanmışdı, martın 1-də...” – SENSASİYALI AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Qətl buna hesablanmışdı, martın 1-də...” – SENSASİYALI AÇIQLAMA

Azərbaycanlı politoloq Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətlinə dair sensasiyalı şərh verib.

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Publika.az-a açıqlamasında bu qətldə Rusiya prezidenti Vladimir Putini devirmək istəyənlərin maraqlı olduqlarını deyib: “Martın birində sağçıların mitinqi təyin edilmişdi və buna az qalmış Nemtsov öldürüldü. Qərara alınmışdı ki, qətlin məsuliyyəti Putinin üstündə qalsın və milyonlarla narazı insan küçələrə tökülsün. Bununla da, Putinin hakimiyyətinin sonu gəlsin”, - deyə politoloq qeyd edib.


Politoloqun fikrincə, bu qətl birbaşa xüsusi xidmət orqanlarının əməliyyatıdır: “Bütün planlar ciddi şəkildə strateji məqsəd daşıyıb. Necə olur ki, təxribat zamanı Nemtsovun yanındakı qadın öldürülmür? İstənilən halda bu müəmmadır və o qadın danışsa, hər şey aşkar olacaq”.


A. Məmmədov Nemtsovu Putinin rəqiblərinin öldürdüyünü düşünür.


Cinayətdə çeçenlərin adının hallanmasına gəldikdə isə, A. Məmmədov killerin milliyyətinin olmadığını deyib: “Bunu kimsə etməli idi və etdi. Sadəcə, çeçen adı altında müsəlman ifadəsinin hallanması dini hisslərin də qızışdırılmasına hesablanıb”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm