Rasim Musabəyov: “Bakı Avropada İslamabadın dayağı ola bilər”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Bakı Avropada İslamabadın dayağı ola bilər”

“Azərbaycan Türkiyə ilə birgə Avropa və Yaxın Şərqdə İslamabadın dayağı ola bilər”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyov Pakistan prezidenti Məmnun Hüseyninin Azərbaycana səfərini şərh edərkən deyib.


R. Musabəyov Pakistanın Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən olduğuna diqqət çəkib: “Pakistan prezidentinin Azərbaycana səfəri davam edir. Bu dost ölkənin liderini salamlayıram. BMT Təhlükəsizlik Şurasında məhz Pakistanın sədrliyi vaxtında Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılması haqda məşhur 4 qətnamə qəbul olunub”.


Politoloq Pakistanın müsəlman ölkələri arasında əhalisinin sayına görə ikinci dövlət olduğunu bildirib.


“Pakistan müsəlman ölkələri arasında nüvə silahına sahib olan yeganə dövlətdir. Bu ölkənin hərbi sənaye kompleksi kifayət qədər inkişaf edib. Azərbaycan üçün Pakistan Hind subkontinenti regionunda ən yaxın partnyordur. Biz Türkiyə ilə birgə Avropa və Yaxın Şərqdə İslamabadın dayağı ola bilərik. Bu baxımdan, Bakı və İslamabad arasında strateji əməkdaşlıq haqda razılaşmanın imzalanması qarşıdakı müttəfiqliyi gücləndirə bilər”, - deyə R. Musabəyov qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm