AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlandı
Bizi izləyin

Nida.az

AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlandı

Aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında insan hüquqları və beynəlxalq hüquq məsələləri, "İslam dövləti" terror təşkilatının fəaliyyətinin humanitar fəsadları, Avropa Şurasının yaxın iki il üçün büdcəsi və prioritetləri, həmçinin digər məsələlər müzakirə olunacaq.

Bu barədə Trend Avropa İttifaqının saytına istinadən məlumat verir.

Bundan başqa, aprelin 22-də Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinə qarşı sanksiyalara yenidən baxılacaq.

Sessiyada Belçikanın xarici işlər naziri Didye Reynders ölkənin sədrliyi çərçivəsində AŞ Nazirlər Komitəsinin məruzəsini, AŞ-nin insan haqları üzrə komissarı Nils Muyjnieks isə 2014-cü ildə fəaliyyətə dair illik hesabatı təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm