Müsavat Milli Şuranın mitinqinə getməyəcək
Bizi izləyin

Nida.az

Müsavat Milli Şuranın mitinqinə getməyəcək

Müsavat Partiyası Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə iştirak etməyəcək.


Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a açıqlamasında mitinqdə iştirakla bağlı rəsmi qərarın olmadığını deyib: “Üzvlərimizə sərbəstlik vermişik. İstəyən şəxs sərbəst şəkildə mitinqdə iştirak edə bilər”.


G. Aslanlı partiyanın qərarının hər hansı məsələ ilə bağlı olmadığını da qeyd edib.

Publika.az-ın əldə etdiyi məlumata görə isə Müsavat rəhbərliyi mitinqdə iştirak etmək istəyində olub. Lakin qarşı tərəf bundan imtina edib.


“Mitinq təyin olunarkən bizə müraciət olunmadı. Lakin mən təkəbbürlü adam deyiləm, bundan əvvəlki mitinqlərlə bağlı Milli Şuranın bizə göstərdiyi münasibətdən asılı olmayaraq, mart ayının 2-də Elmar Hüseynovun anım mərasimi zamanı Cəmil Həsənli ilə görüşərək ona bildirdim ki, əgər Milli Şura Müsavat Partiyasının bu mitinqdə iştirakını arzu edirsə, biz bundan sonrakı mərhələdə də mitinqin həm təşkilatçılıq işində, həm də bütövlükdə bu mitinqlə bağlı bütün məsələlərdə öz resurslarımızı cəlb etməyə hazırıq.

Təəssüf ki, bu günə kimi Milli Şuradan bu müraciətimə heç bir cavab verilməyib. Açıq-aydın görünür ki, Milli Şura bu aksiyada Müsavat Partiyasının bir təşkilat olaraq iştirakını arzulamır”, - deyə başqan Arif Hacılının bu açıqlaması da xəbəri təsdiqləyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm