Nida.az
Deputatlarımız Parisə gedir
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri
Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında
iştirak etmək üçün bu gün Parisə səfərə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin iclasında
Belarusda vəziyyət, Suriyadakı savaşda əcnəbi döyüşçülərin
iştirakı, Ukraynadakı böhranın siyasi nəticələri kimi aktual
mövzular gündəmdə olacaq. Təşkilati məsələlərə baxılacaq.
Qurumun monitorinq komitəsində isə Monako və Monteneqro ilə
monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA
qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq.
Həmçinin komitədə Ukraynadakı son hadisələrlə və dünyadakı
dondurulmuş münaqişələrlə bağlı müzakirələr keçiriləcək.
Səfər martın 18-də başa çatacaq.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO