Zakir Həsənovun Serbiyaya səfəri başa çatıb
Bizi izləyin

Nida.az

Zakir Həsənovun Serbiyaya səfəri başa çatıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, səfərin son günü fevralın 18-də, Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib.

Görüş zamanı müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.

Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Fevralın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm