Nida.az
AŞPA-nın yaz sessiyasında girovlarımızla bağlı məsələ qaldırılacaq
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında gündəmə gətiriləcək.
Bu barəd Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, separatçı rejimin bu “qərar”ı gülməlidir: “Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma “məhkəmə” yaradıblar, “hökm” çıxarıblar, özləri də “apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”.
Millət vəkili əlavə edib ki, Azərbaycanın marağında olan digər məsələlər də nümayəndə heyəti tərəfindən qaldırılacaq: “Hər sessiya zamanı, sessiyalararası komitələrin iclasları zaman Azərbaycanın marağında olan məsələlər daim gündəmə gətirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Sərsəng su anbarı, təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejmini tez-tez pozması ilə bağlı məsələlərin AŞPA-da gündəmə gətirilməsi və bu məsələlərlə bağlı ədalətli mövqeyin ortaya qoyulması ətrafında işimizi davam etdirəcəyik”.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR