Nida.az
Mustafa Hacıbəyli: “Milli Şuranın 15 mart mitinqi zəif oldu”
“Milli Şuranın 15 martda keçirdiyi mitinq gözləniləndən də zəif oldu”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının funksioneri,
başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.
Onun sözlərinə görə, mitinq daha kütləvi ola bilərdi: “Lakin Milli
Şura kütləviliyi təmin etmək üçün heç bir addım atmadı. Müsavatdan
mitinqə dəstək üçün onlara edilən müraciət cavabsız qaldı. Mitinqdə
gözlənilən nəticə isə özünü doğrultmadı”.
M. Hacıbəyli qeyd edib ki, iqtisadi çətinliyin olmasına görə
mitinqdə daha çox insanın iştirakı gözlənilən idi: “Amma nəticələr
göz önündə idi və əhalinin rəyinə uyğun mitinq deyildi. Bu
baxımdan, mitinqin zəif keçdiyini deyə bilərik”.
Müsavat funksioneri Milli Şuranın digərlərini, xüsusilə Müsavatı
qabaqlamaq üçün mitinq keçirməsi məsələsinə də münasibət
bildirib.
“Bu o qədər də prinsipial məsələ deyil. Əsas olan keyfiyyət və əldə
olunan nəticələrdir. Kimlərsə Müsavat Partiyası ilə yarışda önə
keçmək xəttini seçiblərsə, onlara uğurlar arzu edirik. Müsavat
Partiyası Mili Şuranın istər ötən ilin son aylarında, istərsə də
sonuncu mitinqinə dəstək verib. Biz bundan sonrakı mərhələdə də
mübarizənin genişlənməsinin tərəfdarıyıq və demokratik düşərgədə
olan hər bir qüvvə ilə əməkdaşlığa hazırıq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO