Nida.az
Bozqurdçular birləşirmi? - Açıqlama
Milli Demokrat (Bozqurd) Partiyası qurultaya hazırlaşır.
Partiyanın Təşkilat Komitəsinin sədri, keçmiş daxili işlər naziri
İsgəndər Həmidovun rəhbərliyi ilə aparılan işlərin sürətləndiyi də
deyilir. Lakin yayılan məlumatlara görə, bozqurdçular arasında
fikir aytrılığı var. Xüsusilə İ. Həmidovun olmadığı vaxt ikiyə
bölünən partiyanın birləşdirilməsində çətinliklər yaranıb. Əvvəlcə
Qələndər Muxtarlı buna qarşı çıxdı, lakin onu sakitləşdirəndən
sonra Tufan Kərimli sabiq naziri qəbul etmək istəmir.
İsgəndər Həmidov Publika.Az –a açıqlamasında bildirib ki,
Qələndər Muxtarlı hazırda elmi işlə məşğul olduğu üçün bir qədər
uzaqlaşıb: “Tufan Kərimlinin yanında köhnə partiya üzvləri var ki,
onlar gəliblər. Amma Tufanın özü hələ gəlməyib”.
İ. Həmidov bildirib ki, partiya əvvəl ikiyə bölünmüşdü: “Ona
görə də partiyanın 20 illiyində köhnə uşaqlar yığılıb gəldi, zorla
məni sədrliyə seçdilər, xahiş etdilər ki, partiyanın işinə müdaxilə
edim. Mənim təşkilat komitəsinə sədr seçilmək firim yox idi. Amma
proseslərin gedişi belə oldu. Uşaqlar əl çəkmədilər ki, TK işini
ancaq sən apara bilərsən, səndən başqa heç kəs edə bilməyəcək. 11
nəfərin hamısı da mənim sədrliyimə səs verdi”.
TK sədri qeyd edib ki, hazırda qurultaya hazırlaşırlar. Onun
sözlərinə görə, rayon təşkilatları qurultaya nümayəndələr
seçirlər.
“Sentyabr ayında qurultay keçiriləcək. Heç kəs partiyadan
ayrılmayıb, heç kimin də belə fikri yoxdur. Əksinə gələnlər var,
hamı işlər, özü də yaxşı işləyirlər”-deyə o diqqətə çatdırıb.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!