“TANAP Bakı şəhidlərilə Çanaqqala şəhidlərini bir araya gətirəcək” – FOTOLAR
Bizi izləyin

Nida.az

“TANAP Bakı şəhidlərilə Çanaqqala şəhidlərini bir araya gətirəcək” – FOTOLAR

Bu gün Türkiyənin Qars vilayətində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməlqoyma mərasimi keçiriləcək “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) layihəsi ilə bağlı minlərlə insanın iştirakı ilə böyük konsert proqramı təşkil olunub.

Publika.az-ın məlumatına görə, konsertdən öncə çıxış edən Qars sakinlərini salamlayan SOCAR-ın Türkiyə üzrə icraçı direktoru Kənan Yavuz bildirib ki, türk tarixinin ən böyük layihəsi olan TANAP Bakıda uyuyan şəhidlərlə Çanaqqalada yatan şəhidləri bir araya gətirəcək. Onun sözlərinə görə, TANAP layihəsi “bir millət, iki dövlət” məfkurəsi ilə qol-qola, çiyin-çiyinə yeriyən Azərbaycan və Türkiyə arasındakı işbirliyinin enerji sahəsindəki əyani nümunəsidir: “Bakı fatehi Nuri Paşa, Çanaqqalanın fatehi Mustafa Kamal Paşaya salam göndərəcək”.

Qars bələdiyyəsinin sədri Murtaza Karaçanta bildirib ki, TANAP layihəsi Xəzərdən Çanaqqalaya qədər uzanır: “Bu önəmli layihənin təməlatma mərasiminin Qarsda keçirilməsi bizlər üçün böyük bir qürurdur. Biz SOCAR-dan bu cür layihələrin davamını gözləyirik”.

Daha sonra Azərbaycanın tanınmış sənətçilərı Azərin, Samir Piriyev, “Natiq” ritm qrupu və Türkiyəli məşhur müğənni Kıraç Qars ictimaiyyəti qarşısında möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Qarsın İsmayıl Aydəmir adına idman salonunda həyata keçirilən konserti təxminən 4500 nəfər adam izləyib.

Qeyd edək ki, konsert proqramında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, bir qrup millət vəkili, hökumət və dövlət rəsmiləri iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm