İlham Əliyev Moskvada Qələbə paradında iştirak edəcək - XƏBƏR
Bizi izləyin

Nida.az

İlham Əliyev Moskvada Qələbə paradında iştirak edəcək - XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyev faşist Almaniyası üzərində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək yubiley tədbirinə gedəcək. Publika.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“2015-ci il yanvarın sonuna qədər artıq 20 dövlət başçısı Qırmızı Meydanda keçiriləcək hərbi paradda iştirak edəcəyini təsdiq edib. Mart ayında isə artıq bu say 30-u keçib”,- deyə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Hərbi paradda iştirak etmək üçün Tacikistan, Belorus, Qırğızıstan, Ermənistan, Çin, Vyetnam, Hollandiya, Yunanıstan, Misir, İsrail liderlərinin Moskvaya gəlişi gözlənilir. Hələlik yalnız Fransa prezidenti Ollandın gəlib-gəlməyəcəyi aydın deyil.

Ukraynadan isə Ali Radanın bir neçə deputatı tədbirə qatılacaq.

Moskvaya gələcək yüksək rütbəli qonaqların rəsmi siyahısı aprel ayında açıqlanacaq.

Xaqani SƏFƏROĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm