Oqtay Əsədov: “İnanmıram ki, sənin papağın boş gəlsin”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “İnanmıram ki, sənin papağın boş gəlsin”

“Bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün bu papaqlar o qapılara atılır ki, həmin evlərin hasarından keçmək mümkün olur”.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bu gün parlamentdə keçirilən plenar iclasda deyib. O bildirib ki, bu təbəqədən olanlar müəllimlər, həkimlər, işsizlər, neftçilər və sairdir: “Orta təbəqədən olan insanlar papaqların içini nə ilə dolduracaqlar? Aztəminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir Məncə, bu problemi həll etmək lazımdır”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə deputatın papaqla bağlı çıxışına münasibət bildirib. O qeyd edib ki, papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil: “Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm