Nida.az
Avronestdən İrəvanda siyasi şou – Azərbaycan adekvat addımlar atacaq
Avronest PA-nın İrəvanda keçirilən plenar iclasında qondarma erməni “soyqırımı” haqqında qətnamə qəbul edilib.
Publika.az xəbər verir ki, qətnamə Ermənistan
və Avropa Parlamenti ilə birgə hazırlanıb. Qətnamə 33 səs “lehinə”,
4 səs “əleyhinə” olmaqla qəbul edilib.
Sənəddə 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı
soyqırım cinayəti həyata keçirildiyi iddia olunur və Türkiyənin onu
tanıması barədə çağırış edilir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avronestin iclasına
qatılmaqdan imtina edib.
Azərbaycan nümayəndə heyəti Avropaya xəbərdarlıq
etmişdi
Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri Elxan Süleymanov Azərbaycan nümayəndə heyəti
Avronest PA-nın sessiyasının İrəvanda keçirilməsinə öz etirazını
bildirərkən, Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən “erməni
soyqırımı”nın 100 illiyinin təbliğatı üçün istifadə edəcəyini qeyd
etmişdi.
“Sessiyanın ilk günü göstərdi ki, biz öz proqnozlarımızda
yanılmamışıq. Ermənistan tərəfi özlərinin təxribat xarakterli
tarixi “ənənələrinə” sadiqlik nümayiş etdirərək qondarma erməni
soyqırımının 100 illiyinə dair qətnamə layihəsi irəli sürüb.
Qətnamə layihəsində 1915-ci ildə Osmanlı dövləti ərazisində
ermənilərə qarşı soyqırım cinayəti həyata keçirildiyi iddia edilir
və Türkiyəyə öz tarixi ilə barışması barədə çağırış edilir.
Prosedur qaydalarına əsasən bu qətnamə layihəsi sessiya ərzində
müzakirə edilməlidir və onun qəbul olunmasını istisna etmək olmaz.
Beləliklə, Avronest PA öz sessiyasını İrəvanda keçirməklə özünü
Ermənistanın sərsəm soyqırımı iddialarının təbliğatı maşınına
çevirməsi təsdiqini tapdı. Düşünürəm ki, sessiya zamanı Ermənistan
tərəfinin yeni təxribatlarının şahidi olacağıq”, - deyə Azərbaycan
nümayəndə heyətinin rəhbəri hələ dünən bu barədə proqnoz verib.
“Bu, qətnamə yox, mətndir, lakin...”
Bu gün yayılan məlumatlar Ermənistanın beynəlxalq iclası özünün
təbliğat maşını üçün istifadə etməyə cəhd etdiyini
göstərir.
Nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov
Publika.az-a açıqlamasında bunun qətnamə yox,
təcili qəbul olunan mətn olduğunu bildirib: “Yəni gələcəkdə qətnamə
olarsa, bu mətn orda istifadə oluna bilər. Biz iclasın İrəvanda
keçiriləcəyi təqdirdə bunu siyasi şouya çevirəcəklərini əvvəldən
bilirdik. Bu haqda qərar qəbul olunanda avropalı siyasətçilərə
dedik ki, ermənilər sizi oyuna salır. Sabah sizin vasitənizlə
siyasi oyunlar oynayacaqlar və bu Avropa üçün problemlər yaradacaq.
Çünki Avropa bir tərəfdən separatçı rejimlərə qarşı mübarizə
aparır, Avropanın mərkəzində müharibə başlayacağı təhlükəsindən
danışır. Digər tərəfdən, irqçilik, dözümsüzlük nümayiş etdirən
Ermənistana belə bir dəstək verilir”.
“Ciddi bir təşkilatı siyasi şou arenasına
çeviriblər”
F. Muradov qeyd edib ki, sənəddən ermənilərin istədiyi kəskin
ifadələr çıxarılıb: “Çünki Avropada da normal, ağıllı düşünən
insanlar var. Lakin bütün hallarda mətndə 2015-ci ilin
“soyqırımın”100 illik yubiley olduğu qeyd olunur, Türkiyə bunu
müzakirəsiz qəbul etməyə çağırılır. Belə bir mətnin qəbulu Avropa
ilə Türkiyənin münasibətlərinə xələl gətirəcək. Ümumiyyətlə,
Avropanın Ermənistana verdiyi dəstək özü üçün başağrısına
çevriləcək”.
Nümayəndə heyətinin üzvü Türkiyə ilə yanaşı, Azərbaycanın da
buna kəskin reaksiya verəcəyini deyib.
“Bu haqda katibliyə öz etirazımızı bildirəcəyik. Növbəti büro
iclasında bu məsələni qaldırmağı, adekvat addımlar atmağı
düşünürük. Çünki ciddi bir təşkilatı siyasi şou arenasına
çeviriblər və bunun Avropaya heç bir xeyri olmayacaq”, - deyə F.
Muradov qeyd edib.
Asif Nərimanlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər