Nida.az
Elxan Süleymanov: “Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”
“İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”.
Publika.az xəbər verir ki, bu barədə Avronest
PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov
deyib.
Qeyd edək ki, bu gün Avronest PA-nın İrəvanda keçirilən 4-cü
sessiyası öz işini başa vurur. Sessiyada qondarma “erməni
soyqırımı” haqda sənəd qəbul olunub.
E. Süleymanov isə sessiyada üzvlərin 50 faizi iştirak etdiyi üçün
qəbul edilən qərarların legitimliyinin sual altında olduğunu
bildirib: “Sessiyada 6 Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna,
Gürcüstan və Ermənistan iştirak edib. Azərbaycan nümayəndə heyəti
ilə yanaşı Moldova nümayəndə heyəti də, demək olar ki, sessiyaya
qatılmayıb. Moldovanı yalnız bir deputat təmsil edib, Gürcüstan və
Ukrayna nümayəndə heyətləri isə İrəvana tam tərkiblə getməyiblər.
Sessiya zamanı 4 məruzə - Siyasi Komitədə “2014-2020-ci illər
Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı
ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi”, İqtisadi
Komitədə “Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur
əməkdaşlığı: şose, dəmiryol və hava nəqliyyatı sahəsində birgə
layihələrə dair”, Enerji Komitəsində “Şərq Tərəfdaşlığı
çərçivəsində enerjinin səmərəliliyi və bərpa edilə bilən enerji
mənbələri sahəsində əməkdaşlıqda problemlər, potensial və yeni
iştiraka dair”, Sosial və Mədəniyyət Komitəsində “Şərq Tərəfdaşlığı
müstəvisində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzusunda
məruzələr qəbul edilib.
Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, Siyasi Komitənin məruzəsində Azərbaycan nümayəndə heyətinin 2 düzəlişi nəzərə alınıb. Bundan əlavə sessiyada 2 qətnamə də qəbul edilib. Ermənistan üçün bu plenar sessiyanın əsas məqsədi qondarma erməni “soyqırım”nın 100 illiyi haqqında qətnamə qəbul etmək idi. Onlar sessiyanın İrəvanda keçirilməsindən sui-istifadə edərək qondarma “soyqırım” qətnaməsini irəli sürərək bu qətnaməni qəbul etdirmək üçün siyasi alver vasitələrinə əl atıblar. Belə ki, ermənilər Assambleya iştirakçılarına, xüsusən ukraynalı deputatlara bildiriblər ki, onlar Ukraynanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməyə yalnız qondarma “soyqırım”ın tanınması müqabilində səs verə bilərlər. Bundan əlavə, erməni nümayəndə heyəti etirazlara baxmayaraq, bu qətnamə layihəsini prosedur qaydalarını pozaraq – öncədən Avronest PA üzvlərinə göndərmədən, müzakirə imkanı yaratmadan birbaşa səsverməyə çıxarıblar. Beləcə, fitnəkar ermənilər qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsinin qəbul edilməsinə müvəffəq olublar”.
E. Süleymanov qeyd edib ki, sessiyada Ukraynada olan vəziyyətlə
bağlı təcili qətnamə də qəbul edilib. Onun sözlərinə görə, bu
qətnamə layihəsində Ukrayna ərazisi bütövlüyünün Rusiya tərəfindən
pozulması faktı, münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın
ərazi bütövlüyünün təmin edilməsinə çağırışlar yer alıb.
“Bu sessiya zamanı “soyqırım” tanıtımı ilə yanaşı ermənilərin
ikinci əsas məqsədi Azərbaycana böhtanların atılması və Dağlıq
Qarabağın təbliği idi. Onlar sessiya ərzində öz xislətlərinə sadiq
qalaraq, insan hüquqları və demokratiya bəhanəsi ilə Azərbaycana
hücumlar edib, Azərbaycanın işğalçı olduğunu sübut etmək
istəyiblər. Bununla yanaşı, AP və digər milli nümayəndə
heyətlərinin yerləşdirildiyi oteldə turizm agentliyi tərəfindən
paylanılan vərəqələrdə Ermənistanın bir hissəsi kimi təqdim edilən
Dağlıq Qarabağa 3 günlük turistik səfərlər təklif edilib”, - deyə
deputat bildirib.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Ermənistanda insan
hüquqlarının pozulması və ölüm hallarına, bu ölkənin Rusiya ilə
Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avronest PA
onu hələ də tənqid etmir: “Əksinə, bu gün Ukrayna ərazi bütövlüyünü
tanıyan Avronest PA 23 ildir torpaqları erməni işğalı altında olan
və ərazi bütövlüyü beynəlxalq sənədlərlə, habelə bütün dünya
ölkələri tərəfindən tanınan Azərbaycanın çağırışlarına məhəl
qoymur, Avronest PA-nın münaqişə həll edən qurum olmadığını
vurğulayır, 110 il əvvəl azərbaycanlıları soyqırıma məruz qoymuş
ermənilərin qondarma “soyqırım”ı tanıyır. İrəvanda keçirilən 4-cü
plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha
sübut etdi. Avronest PA sadəcə Şərq ölkələrinin Aİ-yə üzvlük
imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən
siyasi vasitəsidir”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!