Nida.az
Prezidentdən Novruz TƏBRİKİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir,
hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram.
Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından
alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini
günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı
təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu
bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat
fəlsəfəsi dolğun təcəssümünü tapmışdır. Odlar diyarını
sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb
şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri
müstəsna mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı
Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər
bir azərbaycanlıya qürur verir.
Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət
sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə
gələcəyə nikbin baxmağımızı təmin etmişdir. Ötən əsrin sonlarına
doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o,
rəsmi milli bayram statusunu qazanmışdır. Builki Novruz bayramını
Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən,
müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları
Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun
böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki,
xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət
bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə
kimi həkk olunmasına xidmət göstərəcəkdir.
Novruz bayramını ölkəmizin hüdudlarından uzaqlarda bütün
soydaşlarımız azərbaycançılıq məfkurəsi işığında bizimlə birgə
qarşılayırlar. Bu ümumxalq bayramı qoy hər ocağa, hər ailəyə bol
sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?