Nazir tank bölmələrinin döyüş hazırlığını yoxladı - FOTOLAR
Bizi izləyin

Nida.az

Nazir tank bölmələrinin döyüş hazırlığını yoxladı - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.

Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan Müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm