Vəfa Quluzadə: “Özlərini azğınlar kimi aparırlar”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Özlərini azğınlar kimi aparırlar”

“Ermənistan özünü azğın aparır”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.


Ermənistanın Böyük Sülh Sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina etməsinə münasibət bildirən V. Quluzadə bunu düşmən tərəfinin azğın həyasızlığından irəli gəldiyini bildirib.


“Böyük Sülh Sazişi üzərində işləmək üçün hansısa siyasi hadisənin baş verməsi lazımdır. Misal üçün, prezidentlər bu məsələdə razılığa gəlməlidir. Lakin belə bir razılıq yoxdur, yaxud Ermənistanı idarə edən Moskvanın mövqeyi dəyişməyib. Rusiya İrəvana göstəriş versə ki, Azərbaycanla bir masa arxasına keçib danışıqlar aparsın, bir ayın içində bu məsələ həll olunar”, - deyə politoloq bildirib.


V. Quluzadə hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ümumiyyətlə həll olunmamasını istəyir: “Rusiya müharibə vəziyyətinin davam etməsini istəyir. Atəşkəsin pozulması davam edir, Ermənistan təxribat əməllərindən əl çəkmir, öz hərbçilərini Azərbaycan torpağından çıxarmır. Bu vəziyyət davam etdikcə, Böyük Sülh Sazişi söhbətləri mənasızdır. Rusiyadan güc alan Ermənistan azğın işğalçılığını davam etdirir. Qarabağ münaqişəsinin həll olunmasını istəyənlər Amerika-Rusiya qarşıdurmasında ikincinin məğlub olmasını arzu etməlidir”.


Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov dünən jurnalistlərə açıqlamasında Ermənistanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Böyük Sülh Sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina etdiyini bildirib.


Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum. Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur. Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır”, - deyə Azərbaycanın baş diplomatı vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm