Nida.az
Yəməndən Azərbaycana, oradan Çexoslovakiyaya: İŞİD-in xilafət arzusu
Dünya ictimaiyyəti iğtişaşlar dövrünə daxil oldu. Böhran bütün dünyada baş qaldırıb. Rusiya Krımı ilhaq etdi və Ukraynaya girdi, İŞİD Yaxın Şərqdə zorakılığı artırdı. Hansı ki, o, Yəməndən Azərbaycana, oradan da Çexoslovakiyaya qədər yeni imperiya yaratmaq niyyətini gizlətmir.
Publika.az xəbər verir ki, Yaponiyanın “JB Press”
nəşri dünyanı çulğalayan münaqişələr haqda yazır.
1992-ci ildə soyuq müharibə bitdikdən sonra Frensis Fukuyamı
(məşhur yaponiyalı analitik) “Tarixin sonu” kitabını yazdı və
dünyanı Amerika gözü ilə nəzərdən keçirdi. Sosializm dağıldı,
demokratiya qalib oldu və hər kəs dünyada qarşıdurmaların,
müharibələrin sona çatdığını düşündü.
Post-sovet məkanında münaqişələr yarandı, qondarma rejimlər
quruldu. Lakin münaqişələr təkcə geopolitik siyasi kontekstdə
deyil, din kontekstində də təzahür edir.
İslam dünyasında bir çox ölkə dövlət quruluşunu qəbul etmir. Bu
regionlar “dünyanın barıt zirzəmisidir”. Orda münaqişələr
sakitləşmir və terrorizmin yuvasına çevrilir. Fundamentalizmi
müdafiə edən İŞİD dağıntılarını davam etdirir.
Bir çoxlarına görə, baş verənlərdə ABŞ məsuliyyət daşıyır və
İŞİD-in güclənməsi də məhz bu mərkəzdən gəlir. Vaşinqton
demokratikləşmə adı ilə təhlükənin kökünü kəsməyə çalışdı,
terrorizmlə mübarizə adı altında İraqa girdi, lakin uğursuzluğa
düçar oldu. Müşahidəçilər hesab edirlər ki, Qərb tipli
demokratikləşmə həmişə uğurlu olmur. Suriya lideri Bəşər Əsədin
kimyəvi silah tətbiq etdiyi haqda şübhələr yarananda ABŞ-ın yadına
müdaxilə düşdü. Nəticədə, Yaxın Şərq xaos burulğanına düşdü və
terrorizm bütün dünyanı silkələdi.
İŞİD: bu qüvvə Səddamın keçmiş döyüşçüləri tərəfindən yaradılıb.
Təşkilat indi Suriyanın xaricində də döyüşür. Qruplaşma xilafət
qurmaq istəyir və bu imperiyanın sərhədləri Mərakeş və Yəməndən
Azərbaycana qədər, oradan da Çexoslovakiyaya qədər uzanacaq. Bu,
bir növ keçmiş Osmanlı imperiyasının sərhədləridir.
Bu, nə qədər xəyali görünsə də, iddia olaraq realdır. Zəiflik
dünyanın ən təhlükəli düşmənlərindəndir və buna qarşı çıxmaq
lazımdır. Hazırda dünyanın mərkəzində anarxizm hökm sürür.
Dövlətlər özlərini yalnız şəxsi gücləri hesabına qoruya
bilərlər.
Asif Nərimanlı
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB