Nida.az
Azərbaycan Prezidenti: "Xalqla iqtidar arasında birlik möhkəmdir"
“Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və bugünkü Azərbaycan reallıqları bunu göstərir”.
Bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.
Prezident bildirib ki, son illər ərzində Azərbaycan kimi sürətlə
inkişaf edən ikinci ölkə olmamışdır: “Bax, bu yaxınlarda - iki gün
bundan əvvəl biz qədim türk torpağı olan Qars şəhərində TANAP
layihəsinə start verdik. Yəni, bu, tarixi layihədir. TANAP layihəsi
“Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir. Amma
“Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı,
Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu
layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı
yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik
qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji
təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz
enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün
Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət
daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq,
öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər
Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də
artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün də kifayət qədər
güclüdür. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə
heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu
yaxın tarix göstərib”.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün bölgənin aparıcı
ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir: “Biz
bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin
tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz hesab edirik ki,
dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr
bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz
siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə
qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq
təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk,
onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir
öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə
təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu
səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir.
Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol
azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə
etmişik”.
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı