XİN Dövlət Departamentinin son bəyanatına cavab verdi
Bizi izləyin

Nida.az

XİN Dövlət Departamentinin son bəyanatına cavab verdi

Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidenti İlham Əliyevin əfvlə bağlı verdiyi son sərəncamı barədə verdiyi bəyanata münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir.

XİN rəsmisinin sözlərinə görə, bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir: “Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nın qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı”.

Qeyd edək ki, sərəncama uyğun olaraq, 90 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.


Əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, "Nida" hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.

Dövlət Departamenti əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəallarının olmasını alqışlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm