Nida.az
Ruslan Auşevə Azərbaycanda orden verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul etmişdir.
İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlətimizin başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini dedi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdi.
Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də onda dərin təəssürat yaratdığını dedi.
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR