Nida.az
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri növbəti dəfə Qarsda görüşəcək
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti - dördüncü üçtərəfli görüşü Qarsda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gəncədə mətbuat konfransında deyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib ki, görüşün bu ilin sonunda təşkil edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutulub.
Azərbaycan XİN rəhbəri qeyd edib ki, dəmir yolunun tezliklə açılması vacibdir, çünki NATO bu dəmir yolundan 2015-ci ildə Əfqanıstandan qoşunların çıxarılmasında istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib.Görüşün sonunda Gəncə bəyannaməsi qəbul edilib.Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.
Nazirlərin birinci görüşü 2012-ci ildə Trabzonda, ikinci görüşü isə 2013-cü ilin martında Batumidə keçirilmişdi.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?