Nida.az
XİN: Girovlarımız üzərində “apelyasiya məhkəməsi”nin hüquqi qüvvəsi yoxdur - VİDEO
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin heç bir hüquqi statusu yoxdur və buna görə də onun verdiyi istənilən qərarın heç bir hüquqi qüvvəsi olmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən
danışan H.Hacıyev qeyd edib ki, onlar erməni silahlı qüvvələri
tərəfindən girov götürülüb: “Bu hərəkətlər Cenevrə konvensiyasının
və beynəlxalq humanitar hüququn birbaşa pozulmasıdır. Bununla da
Ermənistan bu hərəkətə görə birbaşa məsuliyyət daşıyır. Ermənistana
qarşı tələbimiz ondan ibarətdir ki, o, beynəlxalq humanitar hüquq
və Cenevrə konvensiyası çərçivəsində girovlarımızın azad edilməsi
üzrə öhdəliklərini yerinə yetirsin”.
O bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin
yüksək vəzifəli nümayəndələri tərəfindən Ermənistan qarşısında
qaldırılan bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə
koordinasiyanı və əməkdaşlığı davam etdirir: “Lakin təəssüf ki,
Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin tələblərinə və
beynəlxalq humanitar hüquqlara tam etinasızlıq görürük”.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB