İsgəndər Həmidovun qardaşı oğlu saxlandı
Bizi izləyin

Nida.az

İsgəndər Həmidovun qardaşı oğlu saxlandı

Xəbər verdiyimiz kimi , fevralın 16-da Bakıda "Vətən" kinoteatrında konsert verməyi planlaşdıran gənc repçi "Kabus"un konserti baş tutmamışdı. Buna səbəb isə polislərin "Vətən" kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu bildirmələri olub. Yəni polislər konsertin keçirilməsinə icazə verməyiblər.

Musavat.com-un məlumatına görə, buna etiraz olaraq, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə fevralın 19-da etiraz aksiyası keçirməyi planlaşdırıb. Saat 13:30-da keçirilməsi gözlənilən aksiya da baş tutmayıb.

Belə ki, aksiyanın başlanmasından öncə 4 nəfər mülki geyimli şəxs Ş. Məcidzadəni 10-GV-543 dövlət nömrə nişanlı avtomobilə mindirərək, naməlum istiqamətdə aparıblar.

Hadisənin şahidlərinin verdikləri məlumata görə, Ş. Məcidzadəni saxlayan şəxslər idmançı görkəmində olublar. Onlar Şəhriyarın saxlanmasının səbəbləri haqqında heç bir məlumat verməyiblər.

Qeyd edək ki, Şəhriyar Məcidzadə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur.

Aksiyanın səbəbi barədə danışan Milli Fikir Mərkəzinin üzvü Elvin Mahmudov aksiyanın səbəbini açıqladı: "Biz ötən ilin dekabrında konsert haqqında elan vermişik və zal tutmuşuq. Fevralın 16-da isə konsert olacaqdı. Fevralın 15-də axşam gəlib, bizə dedilər ki, konsertə icazə vermirik. Səbəb kimi isə onu dedilər ki, guya biz onlardan icazə almalı imişik. Bu gün də aksiya təyin etmişdik. Aksiya başlamamış Şəhriyar Məcidzadə mülkigeyimlilər tərəfindən naməlum istiqamətə aparılıb. Hazırda biz də Şəhriyar bəyin harda olduğunu öyrənməyə çalışırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm