Nida.az
Səxavət Əlisoy: “Sədrlər partiyalara şəxsi təsərrüfatları kimi baxır”
Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatının İdarə Heyətinin üzvü Səxavət
Əlisoy müxalifət partiya liderlərini sərt tənqid
edib.
Publika.az xəbər verir ki, S. Əlisoy partiya sədrlərinin rəhbərlik etdiyi partiyaya şəxsi təsərrüfatı kimi baxdığını deyib: “Siyasi lider hər hansı bir təşkilatın və ya qrupun üzvü olaraq şəxsi keyfiyyətləri sayəsində siyasi proseslərdə aparıcı rol oynayan şəxsdir. Başqa sözlə, siyasi lider siyasi səhnədə baş rolun ifaçısıdır və o, cəmiyyətin diqqətini özünə yönəldə bilir.
Siyasi lider dərin ağıla və məntiqə, siyasi intusiyaya sahib
olmalı, intellekt sahiblərindən ibarət komanda formalaşdırmaq
qabiliyyəti sərgiləməli, fövqəladə vəziyyətlərdə siyasi iradə
ortaya qoymağı bacarmalı, cəmiyyətə sosial qrupların maraqlarına
cavab verən aydın proqram təqdim etməli, rəhbər olduğu komandada
əsla tərəf tutmamalı, bütün qərarların kollegial surətdə qəbulunu
gerçəkləşdirməli, təşkilatçılıq istedadına, nitq qabiliyyətinə
malik olmalı, populizmdən uzaq, mənəviyyata, səmimiyyətə və
intellektə söykənən ardıcıl siyasi xətt yürütməli, yalan
danışmamalı, sahib olduğu siyasi gücə adekvat hərəkət etməli,
davranış, danışıq, qiyafət, gigiyenik və sair mədəniyyətlərə
yiyələnməli, şəffaf maliyyə hesabatlarını nümayiş etdirməlidir.
Göründüyü kimi siyasi liderlik üçün mühüm şərtlər labüddür və bu
şərtlərdən hər hansı birinə riayət olunmadıqda təkcə siyasi liderin
deyil, bütövlükdə siyasi təşkilatın nüfuzuna ciddi zərbə dəyir. Bu
gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, onların
liderlərinə diqqət yetirin və liderlərin yuxarıdakı şərtlərin yüzdə
neçəsinə cavab vermədiyini özünüz müəyyən edin. Kimsəyə sirr deyil
ki, siyasi liderlərin çoxu rəhbəri olduğu siyasi quruma özünün
şəxsi təsərrüfatı kimi baxır, təşkilatın taktika və strategiyasını
təkbaşına müəyyən edir və hətta partiyalararası münasibətlər belə
şəxsi münasibətlər fonunda qurulur. Siyasi partiyalarda şəffaf
maliyyə mühitinin olmamasında, avtoritarizmin formalaşmasında,
saxtakarlığın və riyakarlığın çiçəklənməsində ən başlıca rolu
siyasi lider oynayır. Məhz belə liderlər üçün liderlik şərtləri heç
bir əhəmiyyət kəsb etmir və elə o səbəbdəndir ki, cəmiyyətdə siyasi
partiyaların nüfuzu gündən-günə azalmaqdadır”.
Onun sözlərinə görə, son 20 ildə müxalif partiyaların heç bir
uğur əldə edə bilməməsində özünü əvəzolunmaz lider sayanların böyük
günahı var.
“Çağdaş siyasi lider yalnız hüquqi müstəvidə mübarizə
aparmalıdır. Rəngli, rəngsiz bütün inqilabların millət və dövlət
üçün nə qədər faciəli olduğunu isbatlaqmağa lüzum görmürəm. Son beş
ildə baş verən inqilablar nəticəsində nə qədər dövlətin viran
qaldığından, milyonlarla insanın səfalət içində yaşadığından
xəbəriniz var. Bu gün nə Koroğlu və Babəkin qılıncı, nə Robin Qudun
oxu, nə də Kalaşnikovun avtomat-pulemyotu ilə siyasi mübarizə
aparmağın zamanı deyil. Sivil dünya yalnız sivil siyasi mübarizəyə
dəstək verir. Bu ən məqbul yoldur. Nədən ki, qanla hakimiyyətə
gələnin bir gün də qanla hakimiyyətdən getməyi var. Mübarizə yarım
əsr, lap belə bir əsr də davam edə bilər. Əsas odur ki, mübarizənin
önündə liderlik keyfiyyətlərinə malik liderlər dayansın”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı