Milli Şuranın sessiyasında “Fatihə”: ad dəyişdirildi
Bizi izləyin

Nida.az

Milli Şuranın sessiyasında “Fatihə”: ad dəyişdirildi

Lakin sessiyada 42 nəfər iştirak etdiyi üçün yetərsay hesab edilmir.


Milli Şuranın sessiyası başlayıb. Publika.Az xəbər verir ki, AXCP-nin qərargahında keçirilən sessiyada Milli Şuranın gələcək planları, ölkədəki vəziyyət və bir neçə məsələ müzakirə olunacaq. Lakin sessiyada 42 nəfər iştirak etdiyi üçün yetərsay hesab edilmir.

Sessiyada Milli Şuranın yeni əsasnaməsinin qəbul olunacağı gözlənilir. Həmçinin yeni üzvlərin qəbulu ilə bağlı da məsələlər müzakirə çıxarılacaq.

Qeyd edək ki, sessiya tıyin olunduğu vaxtdan 40 dəqiqə gec başlayıb. Buna səbəbsə qurumun Koordinasiya Şurasının qapalı görüş keçirməsi olub.Sessiyada diqqət çəkən məqam şura sədri Cəmil Həsənlinin hansısa partiya sədri ilə deyil, Gültəkin Hacıbəyli ilə birlikdə ön masada oturmasıdır.

Daha sonra Xocalı soyqırımının bir dəqiqəlik sükutla yad edilməsi zamanı “Fatihə” surəsi gündəmə gəlib. Belə ki, bir dəqiqəlik sükutun əslində bu sürənin oxunması olduğu, buna görə də sürənin sona qədər oxunmasının vacibliyi qeyd edilib.

C. Həsənli də bildirib ki, soyqırımı qurum tərəfindən lazımınca yad ediləcək. Ukraynadakı hadisələrə toxunan C. Həsənli Suriya və ölkədə siyasi məhbus məsələsini qaldırıb.C. Həsənli Koordinasiya Şurasının adının dəyişdirildiyini deyib. O bildirib ki, struktur bundan sonra Koordinasiya Mərkəzi adlandırılacaq. Onun sözlərinə görə, Koordinasiya Mərkəzində əsasnaməyə edilən dəyişikliklər sessiyaya tövsiyə olunub.

Daha sonra AXCP sədri Əli Kərimi çıxış edib. O, Milli Şuranın ölkədəki hadisələrə adekvat cavab verməli olduğunu deyib. Bu istiqamətdə aparılan işi müsbət qimyətləndirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm