Nida.az
Ruslan Auşev: "Siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!"
"Mən son dəfə Azərbaycanda 5 il əvvəl olmuşdum. Bu illər ərzində
baş verən dəyişikliklər məni heyrətləndirdi. Əgər siz belə sürətlə
getsəniz, o zaman Dubaya əlvida!" .
Trend-in məlumatına görə, bunu MDB Hökumət Başçıları Şurası
yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə
Şurasının sədri, general-leytenant Ruslan Auşev bu gün Bakıda Sovet
Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü
münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın
hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən tədbirdə
bildirib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq"
ordeni ilə təltif olunduğunu deyən R.Auşev bu anın onun üçün
unudulmaz olduğunu vurğulayıb: "Mən bu gün ən yaxşı ordenlərdən
biri ilə təltif olunmuşam. Fikrimcə, iki ən ali mükafat var. Bunlar
hərbçilər üçün "İgidliyə görə" medalı, siyasətçi üçün isə "Dostluq"
ordenidir".
O, qeyd edib ki, bu gün Prezident İlham Əliyevlə keçirdiyi 1 saatlıq görüşdən sonra bir daha əmin olub ki, cənab Prezident Əfqanıstan veteranlarının problemlərini dərinliyinə kimi bilir, onların həlli üçün əlindən gələni edir.R.Auşev Azərbaycanda Silahlı Qüvvələrin güclənməsi, onun şəxsi heyəti üçün görülən işlərdən də xəbərdar olduğunu bildirib.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ