Nida.az
Koreya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir
Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi Milli Məclisdə olub.
Publika.az AzTV-nin saytına istinadən məlumat verir ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanla Koreya Respublikasının dostluq münasibətlərindən danışıb. Xüsusilə də son 10 ildə ölkələrimizin əlaqələrinin inkişafının intensiv xarakter daşıdığını söyləyib. Bildirib ki, regionun lider dövləti olan Azərbaycan müxtəlif sahələrdə uğurlara imza atır. Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir.
Birinci vitse-spiker Koreya Respublikasının tanınmış şirkətlərinin ölkəmizdəki fəaliyyətindən məmnunluqla söz açıb. Azərbaycanın da Koreyaya ciddi sərmayə yatırdığını və bunun iqtisadi əməkdaşlığın inkişafına yaxşı töhfə verdiyini deyib. Bildirib ki, bu, iqtisadi əlaqələrin gələcək inkişafı üçün yaxşı bazadır.
Koreya Milli Assambleyasının üzvü K.Ç.Hi də xalqlarımızın qədim tarixi münasibətlərindən geniş söz açıb. Xalqlarımızın mədəni sahədəki bağlılığını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın hərtərəfli sürətli inkişafı olduqca təqdirəlayiqdir. Ölkəmizi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün apardığı uğurlu təşkilatçılıq işinə görə təbrik edib. Bu Oyunların ölkəmizı dünyada daha da tanıdacağına ümidvar olduğunu bidirib.
Qonaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışarkən bu problemin beynəlxalq hüquq norma və prinsipləri, BMT və digər təşkilatların qəbul etdiyi sənədlərə uyğun həllinin tərəfdarı olduqlarını söyləyib.
Milli Məclisin Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəttah Heydərov da ölkələrimizin müxtəlif istiqamətlərdəki əlaqələrindən, narahat edən məsələlərdən, qanunverici orqanlar arasındakı əməkdaşlıqdan danışıb.
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO
-
ABŞ10:42
Yeni prezident, köhnə hesab: ABŞ-ın dövlət borcu görün nə qədər oldu
-
MDB09:48
Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək
-
Region09:12
Köçəryan komandasını topladı: Nə planlaşdırırlar?