Nida.az
Ramiz Mehdiyev: “Sumqayıt hadisələri təxribat idi”
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev
“Facebook” səhifəsində Xocalı soyqırımından yazıb. Publika.Az xəbər verir ki, rus dilində yazılan
qeydlərdə PA rəhbəri bildirir ki, Ermənistan prezidenti Serj
Sərkisyanın və onun ətrafının Xocalıda bəşəriyyət əleyhinə
törətdiyi cinayət onların bu cür etdiyi yeganə fakt deyil.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri
xatırladan Ramiz Mehdiyev qeyd edir ki, Xocalı soyqırımından əvvəl
Xocalı rayonundakı Kərkicahan, Əsgəran rayonundakı Meşəli, Xocavənd
rayonundakı Qaradağlı, Kəlbəcər rayonundakı Ağdaban, Qazax
rayonundakı Bağanıs-Ayrım kəndləri yer üzündən silinib.
“Lakin məhz Xocalı faciəsi erməni siyasi başçıları və erməni
kilsəsinin Azərbaycan xalqına qarşı iki yüz ildən bəri apardığı
etnik-siyasi təmizləmə və soyqırımın dəhşətli rəmzinə çevrildi.
Məhz Xocalıda dinc azərbaycanlı əhalinin soyqırımını Ermənistan
prezidenti Serj Sərkisyan dünya birliyinə soyuqqanlılıqla icra
edilmiş “qisas aktı” kimi təqdim etdi, çünki 1992-ci ildə Xocalıya
təcavüz 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin
ildönümü ilə eyni gündə törədildi, sonuncu hadisə isə SSRİ DTK-nın
lal razılığı ilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən
planlaşdırılmışdı”-deyə o bildirir.
R. Mehdiyev Sumqayıt hadisələrini də xatırladaraq bunu
ermənilərin təxribatı adlandırıb.PA rəhbəri beynəlxalq
təşkilatların bu soyqırımına göz yummasını təəssüflə qarşılayır:
“Əfsus ki, bəzən parlament, hökumət, bəzən də beynəlxalq
təşkilatlar soyqırımın baş verdiyi Xocalı faciəsinə göz yumurlar.
Onlar ya erməni təbliğatına, ya da siyasi konyukturaya boyun əyir,
“erməni talanları” haqda əfsanəni müzakirə predmetinə çevirir və
hətta bu haqda qeyri-obyektiv, ədalətsiz qətnamələr qəbul
edirlər”.
Asif
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...