Nida.az
Pakistan ermənilərin qondarma siyasətini pisləyən bəyanat verdi
Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” tanımayan bəyanat verib.
Səfirlikdən Trend-ə bildiriblər ki, bəyanatda, Pakistan Senatının
Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsində 03 may, 2015 tarixində separatçı rejim tərəfindən
qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanmunsuz
seçkiləri qəti şəkildə pisləndiyi bildirilmişdir.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq
münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ
məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir:
"Ermənıstanın qanunsuz işğalını tam pisləyir və Azərbaycanın ərazi
bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin
icra olunmasını tam dəstəkləyir. Qanunun aliliyi təmin edilməli,
işğal dayandırılmalıdır".
Bəyanatda, eyni zamanda vurğulanıb ki, Pakistanın bütün
əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın
müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal
olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğunu bir
daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək
beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr
əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları
əsasında həll edilməsini dəstəkləyir.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO