Nida.az
Bakının tərəf olmadığı barrikada: post-sovet məkanı uğrunda savaş qızışır
Avropa Azərbaycanın da yer aldığı “Şərq Tərəfdaşlığı” proqramının effektsizliyindən narahatdır. “Köhnə Qitə” vaxtilə SSRİ-yə qarşı qəbul olunan Marşal planının müasir forması hesab olunan və strateji baxımdan Şərqə doğru genişlənməni əsas götürən bu siyasi proqramları yenidən diriltmək, ölkələr üçün cəlbedici etmək niyyətindədir.
Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche
Welle” nəşrində dərc olunan “Avropanın qonşuluq siyasəti niyə
effektsizdir və onu necə dəyişdirmək olar?” başlıqlı məqalədə
problem araşdırılıb.
Brüssel kimi Şərqi Avropa ölkələri də “Şərq Tərəfdaşlığı”
proqramında islahatların vaxtının yetişdiyini düşünür. Ekspertlərin
əksəriyyəti bu islahatların keçirilməsinin vacibliyini qeyd edir.
Lakin bəzi analitiklərə görə, bu proqram o qədər də pis deyil,
sadəcə olaraq, nəzərdə tutulan bir sıra layihələrin işlənmə
mexanizmləri tapılmalıdır. Belarusun paytaxtı Minskdə martın
27-28-i keçirilən “Minsk - 2015” konfransı da “Avropa Birliyi,
Rusiya və Şərqi Avropa ölkələri: fikir ayrılıqlarının öhdəsindən
necə gəlmək olar?” mövzusunda idi.
“Bakı barrikadada tərəf olmadı və təhlükəni dəf etməyi
bacardı”
Belarusun Strateji Tədqiqatlar İnstitutunun böyük analitiki Denis
Melyansovun fikrincə, Avropa Birliyi və partnyor ölkələrinin əksər
siyasətçi və ekspertləri “Şərq Tərəfdaşlığı”nın effektsiz olduğunu
düşünür.
“Bu proqrama daxil olan ölkələr hazırda barrikadanın tərəflərində
özlərinə yer tutub. Ermənistan və Belarus Avrasiya İttifaqına
girdi, Ukrayna, Moldova və Gürcüstan nə qədər çətin olsa da
avrointeqrasiya yolunu tutdu. Lakin Azərbaycan yeganə ölkə olaraq
öz neytrallığını qorumağı bacardı. Bakı barrikadanın heç bir
tərəfinə keçmədi və bununla bir növ özünü mümkün təhlükələrdən ən
azı indilik xilas etdi. Halbuki barrikadada tərəf tutan ölkələrin
hər biri tutduğu mövqeyə görə bu və ya digər formada əziyyət çəkir.
Azərbaycanı nümunə göstərmək olar, bu ölkənin təcrübəsindən də
yararlanmaq mümkündür. Amma indi bu çox çətin görünür və bəzi
şeylər üçün olduqca gecdir”, - deyə o bildirib.
Yağış damcıları arasından keçmək və islanmamaq
cəhdi
Beynəlxalq münasibətlər üzrə Fin institutunun Rusiya proqramları
rəhbəri Arkadi Moşesan hesab edir ki, Avropa Qonşuluq siyasəti
yağış damcıları arasından keçmək və islanmamaq cəhdidir: “Bu halda
dalaşmamaq və daxili razılığı saxlamaq fonunda ölkələrə nəsə vermək
çətindir. Minsk konfransının nəticələri nə Avropa Birliyinin, nə də
partnyor ölkələrin ürəyincə deyil”.
Ukrayna siyasi tədqiqatlar mərkəzinin rəhbəri Vladimir Fesenko bildirib ki, Brüssel birlikdə necə hərəkət etmək haqda məsləhətləşmələrə hazırlaşır: “Bəzi analitiklər “Şərq Tərəfdaşlığı”nın səmərəsizliyini regiondakı problemlərlə əlaqələndirir. Hazırda əsas problem Rusiya, yaxud Avropa Birliyinin ölkələrə qonşuluq təklifi deyil, davam edən qarşıdurmadır”.
Maneələr haradan gəlir?
Şərq Tədqiqatları üzrə Varşava Mərkəzinin Ukrayna, Belarus və
Moldova departamentinin rəhbəri Voytsex Kononçuk hesab edir ki,
Avropa Birliyinin bu proqramı üçün əsas təhlükə Rusiyadır. Onun
sözlərinə görə, Moskva “Şərq Tərəfdaşlığı”ın hədəfini təhlükə kimi
qəbul edir.
Moskvada yerləşən Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin
əməkdaşı Andrey Skriba isə problemi Avropa Birliyində görür. Onun
fikrincə, vaxtilə Rusiya proqrama daha yaxından cəlb edilsəydi,
hazırda bölgədə baş verən problemlər də olmazdı.
“10 ildən sonra ölkələrin post-sovet sisteminə qayıtması
qeyri-mümkün olacaq”
A. Moşesin fikrincə isə Rusiya regionda sovet oyun qaydaları və
ənənələrini bərpa etmək istəyir: “Avropa Birliyi bunun maraqlarına
zidd olduğunu dərk etdi. Rusiya istəyir ki, öz qonşularının Avropa
Birliyi ilə münasibətlərində veto hüququna malik olsun. Bu isə
çətin məsələdir. Çünki Avropa Birliyi buna qarşı immunitet sistemi
formalaşdırır və Assosiativ Sazişi imzalayan ölkələrə qarşı irəli
sürülən şərtlər sərtdir. Onlar Rusiya ilə ticari əlaqələrə belə
malik olmamalıdır. Beləliklə, 10, yaxud 20 ildən sonra bu ölkələrin
post-sovet koordinatlar sisteminə qaytarılması qeyri-mümkün
olacaq”.
Post-sovet məkanında yeni proseslər Qarabağdan
başlayacaq?
Mart ayının ilk həftəsində Qərb KİV-də Avropa Birliyinin Yaxın
Qonşuluq Siyasətinə yenidən baxmaq üçün müzakirələrə başlayacağı və
post-sovet məkanındakı dondurulmuş münaqişələrə, dolayısı ilə
Dağlıq Qarabağ münaqişəsinə dair siyasətini yenidən gözdən
keçirəcəyi haqda yayılan informasiyalar bu kontekstdə diqqət
çəkir.
Birliyin Yaxın Qonşuluq Siyasəti proqramının icraçıları hesab edirlər ki, yeni yanaşmalar olmalı, xüsusilə dondurulmuş münaqişələrin nizama salınması işi sürətlənməlidir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də şamil edilir.
Rusiyalı ekspertlərə görə, Avropa Birliyi Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasını prioritet hədəf seçir. Brüssel
üçün Qarabağ münaqişəsinin önəmi hər il artır. Bu, qəbul olunan
müxtəlif qərarlarda da özünü göstərir. Bu, Almaniyanın Qarabağa
dair danışıqlarda önə çıxması fonunda da diqqət çəkir. Çünki Minsk
qrupunun həmsədri olaraq Avropanı Fransa təmsil etsə də, özünü
birliyin lokomotivi hesab edən rəsmi Berlin arxa planda qalmaq
istəmir.
Brüsseldə hesab edirlər ki, Qarabağ danışıqlarında vasitəçi status ala bilməyəcəksə, Avropa Birliyi gələcək geosiyasi oyunlarda da geridə qalacaq. İddialar var ki, Brüssel Qarabağ danışıqlarında lokomotiv rolunu oynamaqla indiyə qədər münaqişə tərəflərinə qarşı istifadə etdiyi demokratiya rıçaqını bununla əvəz etmək istəyir. Digər tərəfdən, Ukraynada toqquşan Qərb-Rusiya qarşıdurması dolayı yolla Qarabağ məsələsinə də təsir edir. Tərəflər Cənubi Qafqazda hakim mövqe tutmaq üçün bu münaqişənin həllində əsas rola malik olmaq istəyirlər.
Asif Nərimanlı
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı